Gürcüstanda dəhşətli hadisədə ölən azərbaycanlı qadınların FOTOSU
    • 29-06-2022, 10:34
    • 414

Gürcüstanda dəhşətli hadisədə ölən azərbaycanlı qadınların FOTOSU

İyunun 26-da Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda baş vermiş bədbəxt hadisə nəticəsində həlak olan azərbaycanlıların ikisi də qadın olub.

News24.az-ın məlumatına görə, binanın eyvanının uçması nəticəsində 40 yaşlı S.S və 24 yaşlı V.S vəfat edib. Onlar artıq dəfn edilib. Faciəvi şəkildə ölən azrbaycanlı qadınların fotolarını təqdim edirik.

Qeyd edək ki, Gürcüstandakı Azərbaycan səfirliyi hadisə barədə məlumat yayıb.

Bildirilib ki, Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki çoxmərtəbəli binalarından birinin 5-ci mərtəbəsində balkon uçub, nəticədə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həlak olub. Həmin binanın sakinləri təxliyə edilib.