Bakıda evdə yanaraq ölən körpələrin FOTOLARI
    • 29-06-2022, 13:42
    • 599

Bakıda evdə yanaraq ölən körpələrin FOTOLARI

Xəbər verdiyimiz kimi,bu gün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində güclü yanğın olub.

Fərdi yaşayış evində baş verən yanğın nəticəsində ailənin iki əkiz uşağı, 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar dünyasını dəyişiblər. Həmçinin ailənin digər üzvləri - 3 yaşlı Zərifə Abbasova, 2 yaşlı Atilla Abbasov, ana Hamiyə Abbasova, ata Rövşən Abbasov, baba Qafar Abbasov yaralanaraq yanıq mərkəzinə yerləşdiriblər.

News24.az xəbər verir ki, Lent.az baş verən yanğında həlak olan körpə əkiz bacıların fotosunu əldə edib.

Həmin fotoları təqdim edirik:


**
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə, mətbəxinin tavanı 8 m² sahədə yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.