"Günə 700 manat xərcləyirəm" - Roza Zərgərli
    • 29-06-2022, 11:13
    • 685

"Günə 700 manat xərcləyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli yeni biznesə başlayıb. 

News24.az xəbər verir ki, o, bunu "Həmin Zaur" proqramında açıqlayıb.

İfaçı tikinti işi ilə məşğul olacağını deyib:

"Böyük biznes var, onunla məşğulam. Tikinti sahəsi olacaq. Başım buna qarışıb".

Bundan başqa, aparıcı gün ərzində nə qədər pul xərclədiyini soruşub, o isə cavabında günə 700 manat xərclədiyini deyərək, əlavə edib ki, "Maaşları da saysaq, aylıq xərc 20 minə gəlib çıxır". /Lent.az/