Rusiyada helikopter sərt eniş edib, xəsarət alanlar var
    • 29-06-2022, 23:40
    • 227

Rusiyada helikopter sərt eniş edib, xəsarət alanlar var

Rusiya Federasiyasının Yakutiya bölgəsində Mi-8 helikopteri sərt eniş edib.

News24.az xəbər verir ki, bu barədə "İnterfaks"a ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, helikopterin göyərtəsində 3-ü heyət üzvü olmaqla 23 nəfər olub.

Sərt eniş nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb edilib. İnsidentlə bağlı cinayət işi açılıb.