Bir - neçə məşhur film haqda inanılmaz 15 fakt - FOTO - VİDEO
    • 20-12-2018, 14:15
    • 2 917

Bir - neçə məşhur film haqda inanılmaz 15 fakt - FOTO - VİDEO

News24.az bu dəfə bir neçə məşhur bədii və cizgi filmi haqda inanılmaz 15 maraqlı fakt təqdim edir.

1. "Harri Poter" filminin "Ölüm hədiyyələri" bölümünün 2-ci hissəsində Volan-de-Mort obrazının Hoqvarts ərazisində iştirak etdiyi döyüşdə öldüyü zaman əslində onun 71 yaşı var idi.


2. “Möcüzə qadın” filminin çəkilişləri zamanı aktrisa Qal Qadot hamilə idi.


3. Pumba Disneyin xoş olmayan ətir saçan ilk personajıdır.


4. “Gələcəyə qayıdış” filminin ilkin adı “Plutondan gələn kosmonavt” idi.


5. Ələddin obrazı aktyor Tom Kruzun siması əsasında yaradılıb.


6. ”Beybl” filminin çəkilişlərində təxminəm eyni yaşda olan 48 donuz balası istifadə olunub.


7. İlkin mərhələdə “Ulduz müharibələri” filmindəki R2-D2 robotunun normal dildə danışması nəzərdə tutulurdu.


8. “Ceyms Bond” filminin çəkilişləri zamanı aktyor Şon Konneri parikdən istifadə edirdi.


9. Adi “Oskar”dan savayı “Ağbəniz və yeddi cırtdan” cizgi filminə 7 balaca oskar da təqdim olunmuşdu.


10. "Coldplay" rok qrupunun üzvü Kris Martin “Şon adlı zombi” filmində, zombi rolunu oynayıb.


11. “Məsihin ehtirası” filminin çəkilişi zamanı aktyor Cim Kevizeli ildırım vurmuşdu.


12. 1982-ci ildə “TRON” filmi “Oskar” diskvalifikasiya edilmişdi. Çünki həmin vaxt xüsusi effektlər aldatma hesab edilirdi.


13. Aktyor O. Cey Simson “Terminator”un ilk filmdə oynaması üçün yoxlanış çəkilişində iştirak edib. Lakin onu qatil-maşın obrazı üçün çox mülayim hesab etdikləri üçün çəkməyiblər.


14. “Star yolu. Nəsillər” filmi şəxsi veb səhifəsi olan ilk filmdir. Film 1994-cü ildə yayıma çıxmışdı.


15. “Yura dövrünün parkı” filmində dinozavrların nərildəmə səsi əslində iki tısbağanın cinsi əlaqə zamanı çıxardığı səslərdi.


Hazırladı: Səməd AĞAYEV