-
- 4-07-2022, 11:28
- 385
Payızda koronavirusun yeni dalğası gözlənilir
Koronavirusun yeni dalğasının payız aylarında gəlmə ehtimalı var.
News24.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında tanınmış həkim-infeksionist Vasif Əliyev bildirib.
İnfeksionist diqqətə çatdırıb ki, Avropa və Şərqi Asiya ölkələrində koronavirusa yoluxma sayı artıb:
“Azərbaycanla bağlı kütləvi təhlükə görünmür. Vətəndaşlarımızın əksəriyyəti həm peyvəndlənmə prosesindən keçib, həm də yoluxub sağaldıqları üçün immunitet yaranıb. Hazırda ölkədə kütləvi immunitet formalaşıb. Uzun müddətdir qapanmaların aradan qaldırılmasına baxmayaraq, Azərbaycanda artım müşahidə olunmur. Xəstəxanalar boşdur”.
V.Əliyev deyib ki, öncəki dalğalarda olduğu kimi təhlükə müşahidə olunmur:
“Dünyada pandemiya bitmədiyi üçün ölkəmizdə də payıza doğru təhlükə ehtimalı var. Ancaq bu riski çox yüksək dəyərləndirmirəm. Qapanmalarla bağlı isə ölkədəki mövcud vəziyyət dəyərləndirdikdən sonra qərar verilir”.
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb, ölən olmayıb. Əvvəlki günlərlə müqayisədə Azərbaycanla yanaşı, digər ölkələrdə də yoluxma sayında artım müşahidə edilir.