İcra Hakimiyyətinin qarşısında özünü yandırdı
    • 4-07-2022, 15:17
    • 332

İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

Şəmkir rayon sakini İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.

News24.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, rayonun Yeni Həyat kəndində yaşayan 1996-cı il təvəllüdlü İlham Həsənov bu gün İcra Hakimiyyəti binasının qarşısında özünə od vurub.

Dərhal hadisəyə müdaxilə edilib və alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, İlham Həsənov Vətən müharibəsi iştirakçısı olub. İddiaya əsasən, o, sosial problemlərinin həlli ilə bağlı dəfələrlə quruma müraciət etsə də, müraciətlərinə baxılmayıb.