Bakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var - Baş Prokurorluq
    • 4-07-2022, 23:30
    • 360

Bakıda yaşayış binasının lifti qırılıb, xəsarət alan var - Baş Prokurorluq

Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb.

News24.az bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.