"Uşaqlar əmisigildə qalır" - İntihar edən həkimin qardaşı
    • 5-07-2022, 10:23
    • 547

"Uşaqlar əmisigildə qalır" - İntihar edən həkimin qardaşı

Xəbər verdiyimiz kimi, ötən həftə tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

News24.az xəbər verir ki, Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev "Unikal"a açıqlamasında istintaqın gedişindən danışıb:

"Hələ ki, istintaq davam edir, ifadələr alınır. Deyirlər ki, gözləyin. Bacımın yoldaşı Rüfət Kəngərli də ifadəsi alındıqdan sonra sərbəst buraxıldı. Biz də istintaqın bitməsini gözləyirik. Bacımın övladları isə hazırda əmisigildə qalır", - deyə o bildirib.

Qeyd edək ki, Xalidə Kəngərli iki uşaq anası idi. O intihar edəndə əri və övladları evdə olub. /Unikal.org/