Sumqayıtdakı məşhur restoranda kütləvi dava – 6 dost tutuldu
    • 5-07-2022, 13:50
    • 390

Sumqayıtdakı məşhur restoranda kütləvi dava – 6 dost tutuldu

Sumqayıtda dəniz kənarında yerləşən məşhur “Şam” restoranında kütləvi dava olub. 

News24.az-ın məlumatına görə, gecə saatlarında resoranda yeyib-içən Sirus, Babaxan, Zahid, Nicat, Əli və daha bir nəfər saat 23 radələrində sərxoş halda dalaşmağa başlayıblar. Bundan sonra restorana polis əməkdaşları dəvət edilib. Polislər dalaşan şəxsləri sakitləşdirib bölməyə apararkən onlar etiraz ediblər və nalayiq ifadələr işlədiblər.

Həmin şəxslər daha sonra polis idarəsinə aparılıb və barələrində inzibati xətaya dair protokol tərtib edilib.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə dostların hər biri 200 manat cərimə edilib və məhkəmə zalından sərbəst buraxılıblar.