-
- 21-12-2018, 11:20
- 976
İcra başçısı onu görüb ayağa qalxmayan müdi̇rləri̇ i̇şdən qovdu – Azərbaycanda
Salyan Rayon İcra Hakimiyyətinin başçısı görüş zamanı ayağa qalxmayan baxça müdirini işdən qovub.
Hadisə dekabrın 18-də Salyan Rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmovun Salyan şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziyada əhali ilə keçirdiyi görüş zamanı baş verib. Belə ki, icra başçısının iştirak etdiyi görüşdə qalmaqal yaşanıb.
İcra başçısı içəri daxil olan zaman zalda əyləşən görüş iştirakçıları ayağa qalxsalar da, iki baxça müdiri yerindən durmayıb. Bundan qəzəblənən başçı görüşdən sonra hər iki baxça müdiri ilə mübahisə edib. Daha sonra onlar haqqında tədbir görülməsinin vacibliyini vurğulayıb. Elə həmin gün baxça müdirlərindən biri işdən qovulub, digəri isə şiddətli töhmətlə cəzalandırılıb.
Qeyd: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
//A24