Sabah çimərliklərdə 26 dərəcə isti olacaq - PROQNOZ
    • 8-07-2022, 13:57
    • 374

Sabah çimərliklərdə 26 dərəcə isti olacaq - PROQNOZ

İyulun 9-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.