"Bu gün evlənən 100 nəfərdən 35-i boşanır"
    • 8-07-2022, 14:53
    • 293

"Bu gün evlənən 100 nəfərdən 35-i boşanır"

"Bu gün evlənən 100 nəfərdən 35-i boşanır".

News24.az "Unikal"-a istinadla xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, əvvəllər boşanmaların sayı belə deyildi: "Ağsaqqallarımız, ağbirçəklərimiz qızlarına deyirdilər ki, ailə qurduğun evdə get xoşbəxt ol, orada da ömrünün sonuna qədər yaşa. Oğlanlara isə deyirdilər ki, ailə qurduğun xanım sənin namusundu, qeyrətindi. Bu gün narkomaniyaya bulaşan gənclərimiz də var. Onların da qarşısı alınmalıdır”.

"Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu gün biz fəxrlə deyə bilərik ki, regionda elə bir məsələ yoxdur ki, bizim iştirakımız olmadan həll edilsin", - deputat bildirib.

E.Quliyev vurğulayıb ki, erməni vandalları azad edilən ərazilərimizdə bir meşə, ev qoymayıblar, 500 mindən çox mina basdırıblar: “Bu gün həmin ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirilir. Əminəm ki, bu il vətəndaşlarımız öz dədə-baba yurduna qayıdacaqlar”.