Bakıda kafe yandı
    • 8-07-2022, 21:50
    • 293

Bakıda kafe yandı

Bakıda kafedə yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən xəbərə görə, paytaxtın Səbail rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan kafe kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin 2-ci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.