İranda ev heyvanı gəzdirənlər həbs olunacaq
    • 15-07-2022, 11:27
    • 399

İranda ev heyvanı gəzdirənlər həbs olunacaq

İranda küçədə pişik və it gəzdirməyə qadağa qoyulub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar yalnız Tehran şəhəri üçün keçərlidir. Bu qadağa “ictimai təhlükəsizliyin təmin edilməsi” üçün nəzərdə tutulan tədbir kimi xarakterizə olunur.

İran parlamenti eyni istiqamətdə qanun layihəsini qəbul etməyə hazırlaşır - “Heyvanlara qarşı ictimai hüquqların qorunması” adı altında ev heyvanlarının sahibliyinin tam məhdudlaşdırılması gündəmdədir.

Vüsalə Babaşova