Abel Məhərrəmovu əvəz edən şəxsin adı dəqiqləşdi - Nazirlik təsdiqlədi
    • 22-12-2018, 15:37
    • 1 218

Abel Məhərrəmovu əvəz edən şəxsin adı dəqiqləşdi - Nazirlik təsdiqlədi

Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumatı təsdiqləyib.

Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.