Qəbələdə 23 yaşlı Aysun toyu günü niyə intihar edib? - TƏFƏRRÜAT
    • 20-07-2022, 13:18
    • 584

Qəbələdə 23 yaşlı Aysun toyu günü niyə intihar edib? - TƏFƏRRÜAT

3 gün əvvəl Qəbələdə 23 yaşlı qızın toyu günü intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

New24.az-ın əldə etdiyi məlumata görə, rayonun Nohurqışlaq kənd sakini, 23 yaşlı Aysun Abdurrahmanlı toy mərasimindən əvvəl nişanlısı İbrahimlə mübahisə edib.

Araşdırmalar zamanı məlum olub ki, cütlük arasında mübahisələr daha əvvəl də baş verib. Bu mübahisələrə səbəb isə cehizlik, mənzil şəraiti və digər məişət mövzuları üstündə olub. Son olaraq toydan əvvəl Aysunla İbrahim arasında sözlü mübahisə yaranıb. Gərgin psixoloji vəziyyətdə olan qız daha sonra həyatına son qoyub.

Müayinə zamanı intihar edən qızın üzərində xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.