Azərbaycanda faciə - Kəsdiyi ağacın altında qaldı, öldü
    • 23-12-2018, 11:11
    • 708

Azərbaycanda faciə - Kəsdiyi ağacın altında qaldı, öldü

Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb.

Hadisə Danaçıkəndi ərazisində qeydə alınıb. 

Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb.

M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

//Report.az