-
- 23-12-2018, 16:49
- 2 726
"Qaynana 2018" təqdim olundu - FOTOLAR - VİDEO
Ötən gün “CinemaPlus”kinoteatrında “Qaynana 2018” filminin təqdimat mərasimi baş tutub.
News24.az xəbər verir ki, xalq artistləri Flora Kərimova, Səfa Mirzəhəsənov, İlham Namiq Kamal, əməkdar artist Gülşad Baxşıyeva aktyorlar Riad Abdulov, Sevinc Əliyeva və nigerilayı Azum Ogaçukvanın çəkildiyi ekran işinə maraq həddindən artıq böyük olub.
Media nümayəndələri və dəvət olunmuş qonaqların iştirakı ilə baş tutan qala gecədə filmin aktyor heyəti xüsusi hazırlanmış lövhənin qarşısına milli musiqi alətlərimizin müşayiəti ilə gəlib.
Jurnalistlərin suallarını cavablandıran aktyorlar daha sonra sözlərini nümayiş zalında davam etdiriblər.
Onu da vurğulayaq ki, filmin ərsəyə gətirən şirkət dəvət olunanların çoxluğunu nəzərə alaraq “Qaynana 2018”i eyni anda 2 müxtəlif zalda yayımlayıb.
1978-ci ildə çəkilən “Qaynana” filminin 40 illiyi ərəfəsində ərsəyə gələn ekran işi haqda “Caspian Media Group”un rəhbəri Hüseyn Cavadzadə danışıb:
“İşimizə verdiyiniz diqqət üçün çox sağ olun. Sevinirəm ki, 40 il öncə hazırlanan “Qaynana”nın yeni versiyasını sizlərə təqdim edirik. Qaynana mövzusu hər zaman aktualdır. Ümumiyyətlə qaynanalar hər zaman var olsun.
Neçə ildir ki, evliyəm, amma qayanananın nə olduğunu Flora xanımın sayısində öyrənmişəm. Hətta onun qızı belə mənə deyir ki, siz onun kaprizlərinə fikir verməyin. Necə obraza giribsə hələ də çıxa bilmir.
Hətta filmdəki tərəf müqabili Səfa Mirzəhənovla kişik video çəkib qızı Zümrüdə yollayıb ki, “Qızım, bu mənim yeni həyat yoldaşımdır”.
Gördüm ki, Zümrüd mənə həyəcanla “Hüseyn, anamı çox da həvəsləndirməyin. Onda bu alınır. Yoxsa ərə gedər” sözlərini yazıb”.
H.Cavadzadənən sonra isə “Qaynana”nın əsas obrazı olan Canana həyat verən Flora Kərimova ürək sözlərini deyib:
“Bilirsiniz məni niyə tərifləyir? Çünki ikinci hissədə məni ərə vermək istəyir. Diqqətiniz və hörmətiniz üçün hər birinizə təşəkkür edirəm. Hər zaman deyirəm ki, adımı böyük aktyorların sırasında çəkməyə ixtiyarım yoxdur. Ən axırıncıyam”.
40 il öncə çəkilmiş “Qaynana”da İlqar obrazını canlandıran xalq artisti İlham Namiq Kamal bu ekran işində rejissorluğun daşını atdığını bildirib:
“Siz soruşa bilərsiniz ki, İlqar 40 il öncə rejissor idi bə bu filmdə peşəsi nədir? Zamanla ayaqlaşmaq üçün ssenarist gözəl ideya fikirləşib. “Sütül gəlinlər” adlı şirkət açmışam”.
Əməkdar artist Gülşad Baxşıyeva da öz obrazı haqda danışıb. O, qulluqçunu canlandırdığını açıqlayıb:
“Çox sevinirəm ki, gənc olmasına baxmayaraq sözün əsl mənasında çox ağıllı işləməyi bacaran komanda ilə rastlaşmışam. Düzdür, hərəmizin öz kaprizlərimiz var. Çətin prosesdir. Bəzən bir saniyə bir gecəyə çəkilir.
Son dövrlər ümumiyyətlə filmlərə çəkilmək istəmirəm. Bızın buna səbəb absurd ssenari və ya rejissorun işi olur. Amma bu ssenarini oxuyanda mənə tapşırılan rol çox xoşuma gəldi. Aədətən məni hər zaman ana, qoca nənə, övladını itirmiş ana obrazında görürlər”.
Film haqda geniş məlumat verən heyətin çıxışından sonra “Qaynana 2018” nümayiş olunub. Ekran işi ümumilikdə müsbət təəssürat bağışlayıb.
Filmdəki obrazlara nəzər saldıqda Elməddin Cəfərov “Şöhrət”, nigerilayı Azum Ogaçukvanın “Mufita” obrazları daha çox diqqət çəkib. Məhz onların yer aldığı səhnələr gülüş və alqışla qarşılanıb.
Xalq artisti Flora Kərimova nə qədər 78 yaşının olduğunu və yaşlandığını bildirsə də bu filmə heç də təsir etməyib. “Qaynana 2018”dəki rəqsi, aktrisalıq və son səhnədəki ifası bunu sübut edib.
Gülşad Baxşıyevanın qulluqçu obrazına gəldikdə isə onun adi bir hadisəyə görə tez-tez özündən getməsi tamaşaçıları bezdirməyib.
Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Səməd AĞAYEV