Səs yazısı yayılan müəllim işdən çıxarıldı

Səs yazısı yayılan müəllim işdən çıxarıldı Hadisə
Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib

Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.