Bu ölkələr Ukraynaya tanklar göndərdi

Bu ölkələr Ukraynaya tanklar göndərdi Dünya
Polşa və Almaniya hərbi yardım olaraq Ukraynaya tanklar göndərib.

Bu haqda  Ukrayna Prezident Aparatının sözçüsü Andrey Ermak açıqlama verib.

“Polşadan “PT-91 Twardy” tankları Ukraynaya gəldi. Dostlarımıza təşəkkür edirik”,- deyə o qeyd edib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə televiziya kanallarından birində  Almaniyadan gələn 15 Gepard zenit-tank sistemindən ilk üçünün Ukraynaya çatdığını bildirib. /Qafqazinfo/