-
- 26-07-2022, 20:30
- 530
Tülküyə işgəncə verən şəxslər həbs edildi
Xəbər verildiyi kimi, ötən gün vəhşi heyvana (tülkü) qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə videogörüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılmışdı.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov News24.az-a bildirib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılmışdılar.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunmuşdu.