-
- 27-07-2022, 14:50
- 735
ABŞ-dan Rusiyaya ultimatum: tez və sərt cavab verəcəyik
ABŞ Rusiyanın Ukraynaya qarşı müharibədə növbəti addımından xəbərdar olduğunu bildirib. Bu addım işğal olunmuş ərazilərin anneksiyasından ibarətdir.
News24.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyindən bildiriblər.
ABŞ səfirliyi bildirib ki, Rusiyanın Ukraynanın suverenliyinə qarşı yönəlmiş hərəkətlərinə ABŞ və müttəfiqləri tez və sərt cavab verəcək.
"Rusiyanın növbəti addımından xəbərdarıq. Rusiya işğal etdiyi Ukrayna ərazisinin ilhaqı üçün zəmin yaradır ki, bu da Ukraynanın suverenliyinin birbaşa pozulması deməkdir. Əgər Rusiya ilhaq planlarını həyata keçirməyə davam edərsə, biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə buna tez və ciddi şəkildə cavab verəcəyik.”, - bəyanatda deyilir.
.