Gömrük generalı həbsdə qaldı
    • 28-07-2022, 12:23
    • 669

Gömrük generalı həbsdə qaldı

Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat Baş İdarəsinin rəisi Məsum Rəsulovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.

News24.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Məsum Rəsulov 2022-ci il iyulun 14-də şübhəli şəxs qismində saxlanılaraq Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.