AMEA-nın təcili iclasında bu məsələlər müzakirə olunub
    • 29-07-2022, 12:58
    • 534

AMEA-nın təcili iclasında bu məsələlər müzakirə olunub

“Bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”.

News24.az-ın xəbərinə görə, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, bugünkü iclas daha çox idarəetmənin yenidən qurulması, təkminləşdirilməsi, müasirləşməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası ilə bağlı olub: “Bu formatda idarə olunacaq elmin gələcəkdə hansı nəticəni verəcəyi proseslərin qurulmasından və ailmlərin təşəbbüsləri dəyərləndirməyindən və zəhmətindən asılıdır. Bugünkü iclasda isə AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”
İ.Həbibbəyli söyləyib ki, AMEA insitutlarının böyük qismi Elm və Təhsil Nazirliyinin tərkibinə verildiyi üçün onların Rəyasət Heyətinin tərkibində fəaliyyət göstərməsi mənasızdır.