-
- 30-07-2022, 08:00
- 366
Nyu-York qubernatoru meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan etdi
Nyu-Yorkun qubernatoru Keti Hokul meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.
Bu barədə ştat administrasiyasının saytında bildirilir.
"Nyu-York ştatında meymunçiçəyi epidemiyası ilə bağlı ən son məlumatları nəzərdən keçirdikdən sonra bu epidemiyanın qarşısını almaq üçün səylərimizi gücləndirmək üçün fövqəladə vəziyyət elan edirəm", - deyə qubernatorun açıqlamasında deyilir.
K.Hokul qeyd edib ki, ABŞ-da hər 4 meymunçiçəyinə yolxuma halından 1-i Nyu-York ştatının payına düşür.
Qeyd edək ki, ABŞ-da meymunçiçəyi xəstəliyinə 5 minə yaxın yoluxma qeydə alınıb. Ən çox yoluxma halları Nyu-York (1 345), Kaliforniya (799) və İlinoys (396) ştatlarında aşkarlanıb. /Trend/
Qeyd edək ki, ABŞ-da meymunçiçəyi xəstəliyinə 5 minə yaxın yoluxma qeydə alınıb. Ən çox yoluxma halları Nyu-York (1 345), Kaliforniya (799) və İlinoys (396) ştatlarında aşkarlanıb. /Trend/