-
- 1-08-2022, 16:11
- 1 694
"Azərbaycan dilini BİLMƏYƏN deputatlar mikrofon önünə keçirlər" - Dilçi alim
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli News24.az-a açıqlamasında bu günün əhəmiyyətindən və dilimizdəki problemlərdən söz açıb.
O qeyd edib ki, latın əlifbasına keçməyimiz çox düzgün və vaxtında atılan addım idi: “Azərbaycan dili çox qədim və möhtəşəmdir. Dünyada danışılan dillərin sayına görə Azərbaycan dili təxminən 20-22-ci yerlərdə qərarlaşıb. Dilimizdəki boşluqlar əlifba ilə bağlı deyil. Rəhmətlik Rəsul Rza demişkən, “dilimizi bic kəlmələrdən təmizləməliyik”.
Çox qəribə bir vəziyyət yaranıb. Rus dilində təhsil alan uşaqları mikrofonun önünə çıxarırlar. Radio, televiziya və s. nümunələr demək mümkündür. Bu addım tamamilə yanlışdır. Ana dil və xarici dildə təhsil almaq tamamilə bir-birindən fərqlənir. Efirlərimizi yad kəlmələrdən təmizləməliyik. Dilin öz gözəlliyi, ahəngi var. Bu ahəngə ziyan gətirmək olmaz. Mikrofon önünə çıxan bəzi deputatlarımız Azərbaycan dilini bilmirlər. Onlar təhsilini başqa dildə alan şəxslərdir. Nə qədər çalışsalar da, Azərbaycan dilinin ahəngini saxlaya bilməzlər”.