DİLİMİZİN GÜNÜ: "Mən nə bilim "rajok" nədir?" - VİDEO

DİLİMİZİN GÜNÜ: "Mən nə bilim "rajok" nədir?" - VİDEO Sosial
Millət varını, dövlətini, hətta ərazisini itirə bilər və bununla belə yenə yaşayar, lakin millət dilini itirsə, onun izi- tozu da qalmaz.(Firudin bəy Köçərli)

Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Hər bir xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənəsini gələcək nəsillərə məhz dil vasitəsi ilə çatdırır. Dil həm də müstəqilliyin başlıca rəmzi sayılır.

Uzun, keşməkeşli, ağır tarixi sınaqlardan çıxan Azərbaycan dilinin saflığı və milliliyini qorumaq hər bir vətəndaşın borcudur. 

Bəs, bu mənəvi borcumuzu necə yerinə yetiririk?

News24.az paytaxt sakinləri arasında dilimizlə bağlı sorğu keçirib. Həmin sorğunu təqdim edirik: