Səhər yeməyi üçün süfrəyə qoyduğumuz zərərli qidalar - Doğru bildiyimiz yanlışlar
    • 2-08-2022, 11:52
    • 6 279

Səhər yeməyi üçün süfrəyə qoyduğumuz zərərli qidalar - Doğru bildiyimiz yanlışlar

Səhər yeməyi mümkün qədər faydalı olmalı və insana bütün gün üçün enerji verməlidir. Ancaq bütün qidalar səhər yeməyi üçün uyğun deyil.

News24.az RT-yə istinadən xəbər verir ki, rusiyalı dietoloq İrina Pisarevanın fikrincə, taxıl məhsulları və tez hazırlanan səhər yeməyi bədəni uzun müddət doyurmadığı üçün tövsiyə edilmir.

Tərkibində maya olan bişmiş məhsullar şişkinlik və həzmsizliyə səbəb ola bilər. Bu səbəbdən səhər yeməyi üçün uyğun deyil. Bundan əlavə, mütəxəssis səhər yeməyində yağlı ətləri yeməməyi tövsiyə edir, çünki onların həzm olunması çox vaxt tələb edir. Onun sözlərinə görə, bu, səhərlər orqanizm üçün çox böyük yükdür.

Meyvələr isə əsas yeməkdən sonra qəlyanaltı kimi yeyilməlidir.

Mütəxəssis həmçinin səhərlər sitrus şirələri içməməyi tövsiyə edir. Həmçinin, acqarına içilən qəhvə xlorid turşusunun ifrazını stimullaşdırır və ödün daşmasına səbəb ola bilər.

Dietoloq səhər yeməyində yumurta, kəsmik, turş süd məhsulları kimi yüngül proteinli qidalar yeməyi tövsiyə edir.