-
- 3-08-2022, 11:27
- 502
Saatdan 1 saniyə çıxarıla bilər, günlər qısalır
İyunun 29-da Yer planeti 24 saatlıq fırlanma sürətindən daha sürətli fırlanaraq rekordunu yeniləyib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin gün tarixə “Dünyanın ən qısa günü” kimi düşüb.
Alimlərin fikrincə, Yerin tam kürə formasında olmaması və öz oxu ətrafında hərəkət edə bilməsi bu hadisəni qaçılmaz edir.
Son illərdə Yer öz oxu ətrafında daha sürətli fırlanmağa başlayıb. Alimlər günün 24 saatdan daha tez başa çatdığını bildirirlər.
Əgər günlərin qısalması davam edərsə, saatdan 1 saniyə çıxarıla bilər. Yəni 23:59:58-dən birbaşa 00:00:00-a saat keçə bilər.
Vüsalə Babaşova