Ordumuzun nəzarətə götürdüyü Sarıbaba dağı - FOTO
    • 4-08-2022, 12:59
    • 441

Ordumuzun nəzarətə götürdüyü Sarıbaba dağı - FOTO

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.

News24.az xəbər verir ki, bu barədə ötən gün Müdafiə Nazirliyi məlumat yayıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Sarıbaba dağı ilə bağlı "Facebook"da paylaşım edib. O bildirib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən – doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib:

"Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa rayonunun ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib.
Ordumuza eşq olsun!

Allah bütün şəhidlərimizə rəhmət eləsin".