-
- 26-12-2018, 16:15
- 1 141
Türkiyə Paşinyanın təklifinə sərt cavab verdi
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın yeni hakimiyyətinin Yerevanın Ankara ilə ilkin şərt olmadan münasibətləri normallışdarmağa hazır olması təklifinə cavab verib.
M.Çavuşoğlu deyib: “Ermənistanın yeni hakimiyyəti Türkiyə ilə ilkin şərt olmadan görüşməyə hazır olması ilə bağlı açıqlama verib. Ancaq bizim şərtlərimiz aydındır. Azərbaycanın həssaslığını nəzərə almadan hansısa addım ata bilər?
Əslində eyni zamanda Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atılmalı və problemlər həll edilməlidir.
Bu, Ermənistan üçün daha səmərəli olacaq. Qarabağ və işğal olunmuş torpaqlarla bağlı məsələni həll etmək lazımdır”.
Türkiyə XİN rəhbəri qeyd edib ki, əgər Ermənistan təcrid edilmiş vəziyyətdə qalmaq istəmirsə, problemi həll etməlidir: “Bizim üçün həssas məsələlər məlumdur. Biz Azərbaycanın qəbul edəcəyi istənilən qərarı dəstəkləyəcəyik”.
//Femida