-
- 4-08-2022, 20:30
- 613
Əhaliyə 4 milyard manatdan artıq dəyərdə ödənişli xidmət göstərilib
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,4 faiz artaraq 4 milyard 189,6 milyon manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 3132,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 74,8 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 416,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 63,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib. /Trend/