-
- 5-08-2022, 11:55
- 913
Azərbaycanın Xarici İşlər Nazirliyi Böyük Britaniyaya ETİRAZ ETMƏLİDİR – Keçmiş nazir
Xəbər verdiyimiz kimi, Londonda radikal dini dəstə Azərbaycan səfirliyinə təxribat xarakterli hücum təşkil edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb, radikal şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov məsələni News24.az-a şərh edib.
O qeyd edib ki, ən böyük iradımız Böyük Britaniya hökumətinə olmalıdır: “Belə qənaətə gəlmişəm ki, həmin radikal qruplaşmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur. Sadəcə onların belə bir taktikası var. Səs-küylü təxribatlarla öz fəaliyyətlərinə diqqəti cəlb etmək istəyirlər. Ümumiyyətlə, Böyük Britaniyada buna bənzər bir neçə hadisə görmüşük. Həmin radikal qruplaşma bundan əvvəl də bənzər aksiyalar həyata keçirib. Ancaq istənilən halda əsas iradımız Böyük Britaniya hökumətinə olmalıdır. Onlar 3 vəzifəni tam şəkildə icra etməyiblər: Bu cür radikal qruplaşmaların fəaliyyəti çoxdan dayandırılmalı idi. İkincisi, onların faəliyyəti nəzarət altında olmalı və planlaşdırılan təxribatların qarşısı öncədən alınmalı idi. Üçüncü məsələ isə əsas nüansdır. Böyük Britaniya hökuməti Azərbaycan səfirliyini qəbul edərkən Vyana Konvensiyasına uyğun olaraq təhlükəsizliyi təmin etməsini öz üzərinə götürüb. Bu konvensiyanın müddəaları ölkələr arasında qarşılıqlı formada icra edilir. Hesab edirəm ki, Azərbaycan tərəfi Xarici işlər Nazirliyi səviyyəsində bu məsələni Böyük Britaniyanın qarşısına qoymalıdır.
Bu hadisədə Böyük Britaniyanın əli olub-olmadığını deyə bilmərəm. Çünki məndə buna aid məlumatlar yoxdur. Ancaq Azərbaycana və onun nümayəndəliyinə qarşı qanunsuz hərəkətin cəzasız qalmamasını tələb etməliyik. Bu cəzalar Böyük Britaniya qanunlarına uyğun icra edilməlidir”.