Azərbaycanda dəhşətli qəzanın fotoları – Maşın 3 yerə bölündü
    • 5-08-2022, 15:13
    • 8 818

Azərbaycanda dəhşətli qəzanın fotoları – Maşın 3 yerə bölündü

Avqustun 3-də saat 16 radələrində Şamaxı rayonuun Dağ Göylər kəndi ərazisində Sabirabad rayon sakini İlqar Səfərovun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə düşdüyü ağır yol qəzası ilə bağlı ilkin araşdırmalar aprılıb.

News24.az-ın məlumatına görə, ilkin araşdırmalar zamanı hadisənin yük maşının əyləc sisteminin sıradan çıxması səbəbindən baş verdiyi məlum olub. Belə ki, Şamaxı-Sabirabad yolu ilə hərəkətdə olan ağırtonnajlı yük maşını Şamaxının Dağ Göylər kəndindənb keçərkən sürücü idarəetməni itirib. “Shacman” aşaraq bir neçə dəfə yolun kənarı ilə sürünüb və 3 hissəyə parçalanıb. Maşının yük yeri hissəsi kənd sakinlərindən birinin evinin hasarına çırpılaraq dağıdıb. 

Nəticədə sürücü hadisə yerində ölüb. Şamaxı RPŞ-də faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.