Minik maşını avtobusla TOQQUŞDU
    • 7-08-2022, 10:40
    • 386

Minik maşını avtobusla TOQQUŞDU

Bu gün saat 08:20 radələrində Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) News24.az verilən məlumata görə, daşıyıcı “BMH” MMC-nin açıqlamasına əsasən, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.


Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.