Bu ölkədə son sutkada 20 mindən çox adam koronavirusa yoluxub
    • 7-08-2022, 15:17
    • 410

Bu ölkədə son sutkada 20 mindən çox adam koronavirusa yoluxub

Rusiyada son sutka ərzində 20 303 nəfər koronavirusa yoluxub.

Bu, martın 29-dan bu yana qeydə alınan ən yüksək göstərici olub. Ötən gün 19 974 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 18 712 699 nəfərə çatıb.

Eyni zamanda son sutkada 44 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 46 nəfərə bərabər idi.
Rusiyada bu günədək koronavirusdan 382 741 nəfər vəfat edib.