Ana və 4 uşağı tövlədə yaşayır - Əyyaş atanın dəhşətli əməlləri-FOTO
    • 9-08-2022, 12:33
    • 289

Ana və 4 uşağı tövlədə yaşayır - Əyyaş atanın dəhşətli əməlləri-FOTO

Rusiyanın Kuban şəhərində dörd uşağının əl-qolunu bağlayan, onları döyən və tövlədə yatmağa məcbur edən 57 yaşlı ata məhkəmə qarşısına çıxacaq. 

News24.az xəbər verir ki, bu barədə Kuman rayon prokurorluğu məlumat yayılıb. 

Atanın tiranlığından əziyyət çəkən ailə barədə hüquq-mühafizə orqanları bu il iyunun sonlarında xəbər tutub. Qonşular dəfələrlə onların evində qalmaqal baş verməsindən, uşaqların tövlədə yaşadıqlarından şikayətləniblər. Uşaqların acınacaqlı vəziyyətini görən yerli qəyyumluq orqanları onları nəzarətə götürüb. Bir müddət sonra onlar qeydiyyatdan çıxarılıb. Bundan sonra ata əvvəlkindən də artıq qəddarlıq etməyə başlayıb. 

Nəticədə uşaqlar ailədən alınaraq sosial reabilitasiya mərkəzinə göndərilib. Onlara işgəncə verən ataya isə cinayət işi açılıb. Artıq istintaq başa çatıb. 57 yaşlı kişi tezliklə qanun qarşısında cavab verəcək.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 156-cı maddəsi ("Yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi") maddəsi ilə ittiham olunur. 

"İstintaq müəyyən edib ki, 9-14 yaş arası 4 azyaşlı uşaq atası olan 57 yaşlı yerli sakin sistematik olaraq valideynlik öhdəliklərini yerinə yetirməyib.  O, spirtli içki aludəçisi olub və uşaqlara qarşı fiziki zorakılıq tətbiq edib", - Krasnodar prokurorluğundan bildiriblər.

2022-ci ilin iyununda isə tiran ata cəza məqsədilə 12 və 14 yaşlı qızlarını kəndirlə bağlayıb. Atalarının qorxusundan uşaqlar və analarə mal-qara ilə birlikdə tövlədə gecələyiblər.

"Cinayət işi baxılması üçün Otradnenski rayonunun 187-ci məhkəmə dairəsinə göndərilib", - vilayət prokurorluğundan əlavə ediblər.

Nilay