Qadın ərini ZƏHƏRLƏMƏK istədi, əri GİZLİ KAMERA ilə onu çəkdi
    • 9-08-2022, 13:06
    • 1 422

Qadın ərini ZƏHƏRLƏMƏK istədi, əri GİZLİ KAMERA ilə onu çəkdi

ABŞ-ın Kaliforniya ştatında yaşayan həkim ərini zəhərləmək istəyib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim Yue Yu niyyətini həyata keçirmək üçün üç cəhd edib.

Bu mənfur niyyətdən şübhələnən həkimin həyat yoldaşı mətbəxə gizli kamera yerləşdirib. 

Məhkəməyə təqdim edilən görüntülərdə qadının ərini zəhərləmək üçün onun içdiyi limonada zəhərli məhlul tökdüyü məlum olub.

Həkimin həyat yoldaşı Cek Çen əvvəlki zəhərlənmələrə görə, iki dəfə mədə xorası, qastrit və qida borusunda iltihablanma yaşadığını açıqlayıb.

Vüsalə Babaşova