Hava ilə bağlı XƏBƏRDARLIQ
    • 11-08-2022, 15:35
    • 316

Hava ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

News24.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37° isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.