-
- 12-08-2022, 17:57
- 725
Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı - DİN-dən açıqlama
Bakıda rus dilində danışdığı üçün döyüldüyünü iddia edən gəncin müraciəti əsasında araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev News24.az-a bildirib ki, Ramana qəsəbə sakini, 18 yaşlı R.H-nin müraciəti polis tərəfindən araşdırılıb. O qeyd edib ki, tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli deyil:
“Mübahisə şəxsi münasibətlərin pozulması zəminində baş verib. Daxil olan müraciət üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə R.H. telefonda anası ilə rusca danışarkən bir nəfərin bıçaqla ona hücum etdiyini bildirib və fotolarını paylaşıb.