"Gilavar" qrupu Fəxri Fərmanla təltif edildi - FOTO - VIDEO
    • 27-12-2018, 15:41
    • 1 655

"Gilavar" qrupu Fəxri Fərmanla təltif edildi - FOTO - VIDEO

"Gilavar" qrupu "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" eləcə də "Yeni il" bayramı münasibətilə təşkil olunmuş konsert proqramında çıxış edib.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Maştağa qəsəbəsində yerləşən Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində təşkil olunmuş bayram konsertində çıxış edən "Gilavar" qrupu tamaşaçılar üçün repertuarından bir neçə mahnı ərməğan olaraq ifa edib. Çıxışdan sonra yüksək alqışlarla qarşılanan qrup və qrupun prodüseri Elmar Nəsirov 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il" münasibətilə keçirilən tədbirlərdə fəal iştiraklarına görə Fəxri Fərmanla təltif ediliblər.

News24.Az