"Xilasetmə işləri ləng gedir, dağıntı təhlükəsi var" - Qəmbəryan

"Xilasetmə işləri ləng gedir, dağıntı təhlükəsi var" - Qəmbəryan
Dünya

15-08-2022, 12:18

Mətn ölçüsü

Irəvanda Surmalu topdansatış ticarət mərkəzində dağıntıları təmizləməklə məşğul olan xilasedicilərin sıralarında dəyişiklik olub. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın fövqəladə hallar nazirinin müavini David Qəmbəryan bildirib. 

O qeyd edib ki, yanğın ocaqları nəzarət altına alınıb, lakin mütəxəssislər qeyri-standart yanğınla mübarizə aparırlar.

Qəmbəryanın sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə xidmətinin 158 nəfər işçisi yanğınların söndürülməsi və itkin düşənlərin axtarışına cəlb olunub. Onlara həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin16 xilasedicisi, 30 qeyri-hökumət təşkilatı könüllüsü və 60 vətəndaş kömək edir. Nazir müavini hazırda əlavə könüllülər və avadanlıqlara ehtiyac olmadığını deyib.

Onun sözlərinə görə, xilasedicilər bəzi ərazilərdə işləyə bilmir, bəzi yerlərdə isə əllə işləyirlər: "Vaxtaşırı bir dəqiqəlik sükut elan edilir. Surmalu ticarət mərkəzinin yaxınlığında yerləşən bütün ticarət obyektləri axtarış-xilasetmə işləri başa çatana qədər bağlanacaq".