"İkinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur"
    • 16-08-2022, 11:33
    • 531

"İkinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur"

"I və IV ixtisas qruplarında kənd təsərrüfatı profilli ixtisaslar üzrə (I qrupda 1060 yer, IV qrupda 400 yer, ümumilikdə 1460 yer) həm dövlət sifarişi əsasında, həm ödənişli əsaslarla ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır".

News24.az-ın məlumatına görə, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu il ali təhsil müəssisələrinə imtahan vermədən qəbul olmaq üçün 20229 subbakalavr müraciət edib: "Ötən il 19295 nəfər ərizə təqdim etmişdi. Ötən il 6810 subbakalavr ali təhsil müəssisələrinə qəbul ola bilmişdi. Bu il plan yerləri və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayını nəzərə alsaq, yalnız ikinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur". 

DİM sədri vurğulayıb ki, bu gün saat 15:00-da abituriyentlər üçün ayrıca canlı yayım ediləcək və hər ixtisas qrupu üzrə müsabiqə vəziyyəti təhlil ediləcək, məsləhət veriləcək".