Kəmaləddin Heydərov videosu yayılan şəxsləri işdən çıxardı
    • 16-08-2022, 22:39
    • 682

Kəmaləddin Heydərov videosu yayılan şəxsləri işdən çıxardı

Son günlər intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev vəzifəsindən azad edilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaur Mirzəyev xidmət zamanı yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Bundan başqa, nazirin digər əmri ilə FHN-in bir neçə qadın əməkdaşı da vəzifəsindən azad olunub.

İntim videolarla bağlı artıq FHN-də daxili araşdırmalara başlanılıb.