-
- 17-08-2022, 13:45
- 4 132
“Düşünən insanların sayı az olduğu üçün bu məsələ gündəm oldu” - Deputatlardan REAKSİYA
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qeyri-etik görüntüləri ölkə gündəmini zəbt edib. Nazirliyin bəzi əməkdaşları iş kabinetlərində intim münasibətdə olublar. Görüntülər gizli kamera vasitəsilə qeydə alınıb və sosial şəbəkələrdə yayılıb. Sözügedən videoların yayılması cəmiyyətdə aqressiya ilə qarşılanıb.
News24.az məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.
Deputat Fazil Mustafa bildirib ki, belə hadisələr məqsədyünlü şəkildə gündəmə gətirilir: “Xüsusilə, gündəmi dəyişmək üçün bu üsullara əl atırlar. Bu hadisələr müxtəlif dövlət qurumlarında baş verə bilər. Ancaq istənilən halda dövlət qurumunda belə bir hadisənin baş verməsi utancvericidir. Bu hadisəyə hüquqi qiymət verilməlidir. Düşünən insanların sayı sosial şəbəkədə çox olmadığına görə yönləndirici mexanizm kimi bu cür hadisələrdən istifadə edilir. Əhəmiyyətli məsələlər qalır bir tərəfdə, bu cür bayağı mövzular gündəm olur. Burada əsas nüans şəxslərin şəxsi həyatı deyil, dövlət qurumunda belə bir hadisənin baş verməsidir. İnsanlar dövlət qurumlarında öz vəzifə borclarını yerinə yetirməlidir.
Dəyərli bir kitabın ərsəyə gəlməsi və ya başqa bir gözəl hadisə barədə yayılan məlumat gündəmdə çox qalmır. Bunlar bizim cəmiyyətin reallığıdır”.
Millət vəkili Etibar Əliyev bildirib ki, dövlət qurumları, nazirliklər, şirkətlər və komitələrin əməkdaşları rəhbərlərinin xarakterinə uyğun olaraq nizam-intizam qaydalarına riayət etməlidir: “Bu cür hadisələri pisləyirəm. Hər bir qurumun özünün peşə kodeksi olmalıdır. Dövlət qurumlarının daxilində şəxslərin davranışları və əməlləri müşahidə edilməli və nəzarət olmalıdır. Ümumiyyətlə, məmur olan şəxs özünü yüksək səviyyədə aparmalıdır. Bu məsələ birbaşa şəxsin təhsilindən, dünyagörüşündən, olduğu mühitdən asılıdır. Yayılan məlumatlara görə, həmin görüntüləri FHN əməkdaşının özü çəkib. Deməli, bu şəxsin ciddi psixoloji problemləri var. Bu hadisə başqa qurumlara, təşkilatlara örnək olmalıdır. Çox insan virtual cəmiyyətin mahiyyətini başa düşmür. İstənilən şəxsi izləmək üçün müəyyən cihazlar var. Gənclərə əxlaq qaydalarından danışan şəxslərin özlərində o dəyərlər olmalıdır. Məlum hadisələrin olduğu nazirlik cəmiyyətdə olan etimadını itirəcək”.