Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub - RƏSMİ
    • 18-08-2022, 21:20
    • 540

Hərbçimiz odlu silahdan açılan atəş nəticəsində həlak olub - RƏSMİ



Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoyev Elmar Elçhin oğlu odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib.

Bu barədə Newa24.az-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!