“Əfsanə qayıdır” təqdim olundu - FOTOLAR - VİDEO
    • 28-12-2018, 11:48
    • 5 361

“Əfsanə qayıdır” təqdim olundu - FOTOLAR - VİDEO

Ötən gün Nizami Kino Mərkəzində rejissor Emil Abdullayevin “Əfsanə qayıdır” filminin təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, qala gecəyə ekran işinin aktyor heyəti və dəvət olunmuş sənət nümayəndələri qatılıb. 

Filmin nümayışındən öncə media nümayəndələri ilə görüşən aktyorlar ərsəyə gələn iş haqda məlumat veriblər. 

Fərda Xudaverdiyev “Əfsanə qayıdır” haqda danışarkən bunları deyib:

“Çox maraqlı film olacağına əminik. Film demək olar ki, bir ilə çəkildi. Uğururuna inanırıq və əminik ki, kommersiya filmlərində yeni dönəm başlayacaq”. 

Ekran işində Əfsanə obrazını canlandıran Dilarə Əliyeva filmin uğurlu olacağınına inandığını bildirib:

“Çox maraqlı səhnələr var. Maraqlı süjet xətti olan baxımlı filmdir. Məncə bu cür aktyor qüvvəsi bir araya toplanıbsa başqa cür ola da bilməz. İnşallah həm tamaşaçının həm də bizim ümidlərimizi doğruldar”.

Qeyd edək ki, “Əfsanə qayıdır” filmində həmçinin əməkdar artist Elxan Abbasov, aktyorlar Nicat Rəhimov və Ülfət Bəşir də rol alıb

Teymur MƏMMƏDOV
FOTO / VİDEO: Səməd AĞAYEV