Yumurta və qoyun əti də - BAHALAŞDI

Yumurta və qoyun əti də - BAHALAŞDI Sosial
Azərbaycanda yumurtanın qiymətində yenidən artım qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Teleqram kanallarında bildirilir.

Xəbərə görə, ağ yumurtanın qiyməti 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib. 

Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb.

Bundan başqa qoyun ətinin qiymətinin 17 manata qalxdığı da bildirilir.