Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub Hadisə
Bakı şəhərinin Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 119 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 m² sahədə mebel və 1 ədəd qabyuyan maşın yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub